Azərbaycanın bank sektorunun aktivləri 8% artıb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 44 milyard 880,3 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin avqustun 1-i ilə müqayisədə 7.9% çoxdur.