Avropa İttifaqı qazın qiyməti üçün limitin müddətini uzada bilər

Avropa İttifaqı qazın qiyməti üçün limitin müddətini uzada bilər.

APA-nın “Financial Times”-a istinadən verdiyi xəbərə görə, Avropa İttifaqı bu ilin fevralından tətbiq edilən qazın qiyməti üçün limitin müddətinin uzadılmasının mümkünlüyünü nəzərdən keçirir.

Avropa İttifaqı Yaxın Şərqdə münaqişə və qaz kəmərlərinə qarşı təxribat ehtimalı səbəbindən qazın qiyməti üçün limitin müddətini uzada bilər.

Avropa Komissiyasının Avropa İttifaqı ölkələri üçün təqdimatında qeyd edilib ki, qazın qiyməti üçün limit neqativ nəticələrə səbəb olmayıb, keçən illə müqayisədə qazın qiyməti 90 faiz azalıb.

Qeyd edək ki, Avropa İttifaqı bu il fevralın 15-dən qazın qiyməti ilə bağlı 1 meqavat saat üçün 180 dollar, 1 min kubmetr üçün 1850 avro limit müəyyən edib. Əgər 1 meqavat saat üçün qazın qiyməti 3 gün ardıcıl 180 dolları aşarsa, 180 dollar limiti tətbiq edilir.