Google-da dollar xətası: 4 lirə birdən düşdü

Dünyanın ən böyük axtarış sistemi olan Google-un  dollar xətası qısa zamanda gündəm mövzusu oldu. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Google-da dollar məbləğini axtarıb 24,05 TL olduğunu görən investorlar qısa müddətli çaxnaşma yaşayıb. Xüsusilə kriptovalyuta bazarında Tether/TL tərəfində çaxnaşma satışları yüzdə 4 azalmaya səbəb olub.

Ötən cümə axşamı Mərkəzi Bankın faiz dərəcəsini 500 bənd artıraraq 35 faizə yüksəltməsindən sonra bütün gözlər Dollar/TL məzənnəsində idi. Son 3 gündə 28,10 TL ətrafında ticarət edilən dollar, ötən gecə Google axtarış sistemində səhvinə görə 4 TL ucuzlaşaraq 24 TL olaraq görünüb.

Qrafik 24.05-ə endiyini göstərsə də, bazar həmin saatlarda əməliyyatlara bağlandığı üçün qiymət müəyyən etmək mümkün deyil. Sistematik bir səhv olduğu düşünülən məlumatlar investorlar arasında qısamüddətli çaxnaşma yaradıb.

Səhər saatlarında edilən axtarışlarda səhvin düzəldildiyi görünüb. Bazar ertəsi səhər saatlarında dollar 28,26 TL-dən ticarət edildiyi halda, Avro/TL 29,92 TL-dir.

Səhvlə bağlı hələ ki, düzəldicidən rəsmi açıqlama yoxdur.

Google sistematik bir səhvə görə dolları 24 olaraq göstərdikdən sonra bəzi kriptovalyuta investorları Tether/TL tərəfində satışa başlayıblar və nəticədə 4 faiz azalma olub.