2023-cü ilin yanvar-sentyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 1,6 milyard manat aparılıb.
"Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın oktyabr sayı xəbər verir ki, bu görtəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.3% azdır.
Xatırladaq ki, yalnız sentyabr ayında 186,2 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da illik müqayisədə 19.7% çoxdur.
Azərbaycanda əcnəbilərin bank kartı ilə əməliyyatlarının həcminin təqribən 20 faizə yaxın artmasını “Sherg.az”a dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bunun əsas səbəbi ölkəyə səyahət edən turist sayında artımın olmasıdır:
“Müxtəlif ölkələrdən Azərbaycana olan reys sayların artması turist sayının artmasında böyük faktordur. Təbii olaraq, turist sayında olan artım xərclənən ümumi məbləğin artmasına təsir göstərib. Bu konteksdə kartla olan ödənişlərin artması da normal haldır. Bank kartlarıyla olan ödənişlər daha şəffaf ödəniş növüdür. Kartla olan ödənişlər vergidən yayınma hallarına qarşının alınmasında müsbət rol oynayır. Ümumiyyətlə bank kartları ilə olan ödənişlər
iqtisadiyyatın ağarılmasında mühüm rol oynayır. Bu yöndə bank kartları ilə əcnəbilərin ödənişlərinin artması olduqca pozitiv haldır”.