Azərbaycan Mərkəzi Bankı gələn il üçün ümumdaxili məhsulda artımla bağlı proqnozunu açıqlayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.
O bildirib ki, 2023-cü ildə ÜDM-də 1,5% artım proqnozlaşdırılıb. 2024-cü il üzrə bu göstərici 3,5%, 2025-ci il üzrə 4% müəyyən edilib.
Taleh Kazımov qeyd edib ki, AMB qeyri-neft ÜDM-i bu il üzrə 3%, 2024-cü ildə 6% və 2025-ci ildə 5,5 % proqnozlaşdırıb.