Azərbaycanda açıq bankçılıq rejiminin tətbiqi ödəniş xidmətləri bazarında rəqabəti gücləndirəcək ki, bundan da ən çox faydanı istehlakçılar əldə edəcək.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndəsi Günay Mahmudova Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib.
"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunla və digər qanunlara lazımi dəyişikliklərlə artıq Azərbaycanda açıq bankçılıq rejimini tətbiq etmək mümkün olacaq. Bu, bazara yeni iştirakçıların daxil olmasına şərait yaradacaq. Bunlar vasitəçilik və hesab üzrə məlumat xidmətləri təchizatçılarıdır. Yeni oyunçuların gəlişi ilə artıq ödəniş xidmətləri sahəsində banklar bir-biri ilə deyil, eyni zamanda digər oyunçularla rəqabət aparmalı olacaqlar. Rəqabətin güclənməsi isə öz növbəsində ümumilikdə bütün bazarın inkişafına dəstək verəcək ki, bundan da ən çox faydalanan məhz istehlakçılar olacaq", - deyə o qeyd edib.