Azərbaycanda vergi inzibatçılığı təkmilləşdiriləcək

2024-cü ildə Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi nəzərdə tutulur.

"Sherg.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi ilə bağlı müddəaların təkmilləşdirilməsi, avans ödənişlərə görə elektron qaimə-fakturanın verilməsi və onun verilmə vaxtının müəyyən edilməsi planlaşdırılır.