Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda təmərküzləşməyə qarşı mübarizə aparır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı AMB-nin sədri Taleh Kazımov bildirib.
Baş bankir qeyd edib ki, banklararası bazar yaradılmasına nail olunun, lakin likvidlik baxımından bank sektorunda təmərküzləşmə mövcuddur.
"Bu istiqamətdə ayrıca təşəbbüsümüz var. Biz təmərküzləşməyə qarşı mübarizə aparırıq və bizim üçün bu prioritet sahədir", - deyə o qeyd edib.