Azərbaycanın qeyri-neft sektorunda onlarla məhsul var ki, onu brendə çevirə bilərik.
"Report" xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında deyib.
"Bu halda ağırlıq yalnız neft sahəsinə düşməz və ölkədə ÜDM-in 50 %-ini yalnız bir sektor formalaşdırmaz. Orta gəlirlilik sindromu deyilən bir məsələ var. Məsələn, Türkiyə fındıq ixracında dünyada ilk yerlərdən birini tutur. Amma uzun ilərdir ki, Türkiyə fındığı yalnız xammal olaraq ixrac edir. Ona görə də cəmi 3 milyard ABŞ dolları vəsait qazanır. Amma "Natella" kimi məşhur şirkətin məhsullarında bu fındıq xüsusi bir yer tutur. Onu ötürən şirkət 11 milyard ABŞ dolları qazanır", - deyə Z.Oruc əlavə edib.