Damian Krneviç: “Azərbaycan Aİ üçün etibarlı neft və təbii qaz tədarükçüsüdür”

“Azərbaycan Avropa İttifaqı (Aİ) üçün etibarlı neft və təbii qaz tədarükçüsüdür”.

“Report” xəbər verir ki, bunu ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç “Böyük qələbənin 3-cü ildönümü: Postmünaqişə dövrünün çağırış və fürsətləri” mövzusunda keçirilən simpoziumda deyib.

O bildirib ki, “Şimal-Cənub”, Orta Dəhliz, “Bir kəmər, bir yol” kimi bütün nəqliyyat dəhlizləri Azərbaycandan keçir: “Buna görə də Azərbaycana ciddi yanaşmaq lazımdır”.

Professor onu da qeyd edib ki, bir çox Avropa ölkələri hələ də Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılmasında hansı çətinliklərlə üzləşdiyini anlamır.