Bu il iyulun 1-nə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında ümumi sahəsi 4 426,6 min kv.metr olan 10 121 ədəd qeyri-yaşayış təyinatlı bina və bina hissələri mövcud olub.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bunun da, yalnız ümumi sahəsi 391,6 min kv.metr (8,8 i) olan 2 588-i (25,6 %) icarəyə verilib, icarə haqları isə müvafiq olaraq həmin sahələr üzrə hesablanıb.
"Dövlət Xidmətinin sərəncamında olan qeyri-yaşayış təyinatlı bina və bina hissələrinin 25,6 %-nin, ümumi sahənin isə yalnız 8,8 %-nin icarəyə verilməsi bu sahədə əlavə tədbirlərin görülməsini zəruri edir", - deyə rəydə qeyd olunub.