"Bu il ilk dəfə olaraq 13 milyon manata yaxın sığorta ödənişi həyata keçiriləcək".
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, növbəti ildə isə bu məbləğin 15 milyon manata çatdırılması nəzərdə tutulur.