Ölkə səviyyəsində innovasiya sahəsində böyük sərmayələr planlaşdırılır.
“APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “InMerge Innovation Summit”də çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
Rəqəmsal şəhərlərin salınması, rəqəmsal ticarətin yaradılmasına köklənmişik. Çalışırq dördüncü sənaye inkişafına dair forumun ölkəmizdə keçirilməsinə nail olaq. Bu innovasiya konsepsiyalarını özündə ehtiva edir. Eləcə də süni intellektin imkanlarından istifadə edəcəyik".
Elnur Əliyev əlavə edib ki, əsas planlardan biri gələcəkdə ilk Rəqəmsal Bacarıqlar Mərkəzinin yaradılmasıdır: "Bu çərçivədə biz sahibkarları, innovatorları inkişafa qədər dəstəkləyəcəyik. Rəqəmsal əkizlər texnologiyalarına da yaxından nəzarət edirik. Rəqəmsal iş qüvvəsinin artırılması planlaşdırılır. Düşünürük ki, rəqəmsal istedadların daha da genişləndirilməsi, insan kapitalının yaradılmasına xidmət edəcək".