Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.
ING 2023-cü ilin dördüncü rübü istehlak qiymətləri indeksinin 3,6%-dən 3,3%-ə, 2023-cü il üzrə isə 9,2%-dən 9,1%-ə enəcəyini proqnozlaşdırıb. Korporasiya hesab edir ki, qarşıdakı iki ildə Azərbaycanda inflyasiya daha da azalacaq. Belə ki, ING 2024-cü ildə inflyasiyanın 5,0%, 2025-ci ildə isə 5,6% təşkil edəcəyini proqnozlaşdırıb.
Azərbaycan İqtisadiyyat Nazirliyi isə 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5%, 2024-cü il üçün 5,3%, 2025-ci il üçün 4,9% təşkil edəcəyini açıqlayıb.
Mövzunu “Sherg.az”a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən ciddi banklar daim ölkələrlə bağlı infiliyasiya gözləntilərini açıqlayırlar:
“Amma bizim ölkədə alternativ yoxlama inistutları olmadığı üçün Dövlət Statistika komitəsinin və rəsmi mənbələrin verdiyi analizlərə görə praqnozlar verilir. Bu baxımdan Mərkəzi Bank və digər rəsmi mənbələrin gözləntiləri üst-üstə düşür. Hazırda dünayada infiliyasiyanın səngiyəcəyi söyləntiləri var. Təbii ki, bu hal Azərbaycana da təsirsiz ötüşməyəcək. Çünki dünyadakı mərkəzi banklar uçot dərəcəsini xeyli dərəcədə artırıblar. Yəni pul dövriyyəsini və yaxud kreditləri bahalaşdıraraq və iqtisadi aktivliyi azaldaraq infiliyasiyanı aşağı salmağa çalışırlar. Bunun nəticələri gələn ildən özünü birüzə verməyə başlayacaq”.
Ekspert dünyanın bir çox yerində sözü gedən yöndə trendin mövcud olduğunu söyləyib:
“Avropa Birliyində bir il yarım bundan öncə infiliyasiya 10 faizə çatmışdısa, indi bu göstərici 3-4 faiz aralığındadır. ABŞ da 8 faizi keçən infiliyasiya hazırda 3-3,5 faizdir. Heç şübhəsiz ki, İNG praqnozlar verərkən bu trendlərə uyğun şəkildə və Azərbaycandakı rəsmi məlumatları analiz edərək verib. Verilən praqnozların həyata keçməsi üçün Azərbaycanda şərait var və gözləntilər özünü doğrulda bilər. Dünya ilə paralel Azərbaycanda da infiliyasiya səngiməlidir. Amma Azərbaycan bazarlarının özünə məxsus spesifik xüsusiyyətləri var. Əgər infiliyasiyanın azalması üçün ölkədəki inhisarçılıq, vergi- gömrük siyasəti ilə bağlı yeniliklər və dəyişikliklər tətbiq olunmalıdır. Beynəlxalq aləmdə baş verənlərlə yanaşı ölkə daxilində də müəyyən addımlar atılmalıdır. Bunların ən vacibi ərzaq məhsulları və dərman perapartları ilə bağlı ƏDV-nin azaldılmasıdır. Çünki bu qiymətlərə çox ciddi təsir göstərir. Məsələn ƏDV vergisi 18 faizdən 2 faizə qədər azaldılarsa, ölkədə infiliyasiyanın kəskin sürətdə azalması müşahidə olunacaq”.