ABŞ-ın Energetika Nazirliyinin həftəlik hesabatında qeyd olunur ki, ölkədə kommersiya neft ehtiyatları 5,5 milyon barrel azalıb.
Bu barədə "İnterfaks" məlumat yayıb.
Qeyd olunur ki, ekspertlər daha öncədən 3,73 milyon barrel azalma proqnozlaşdırırdı:
"Benzin ehtiyatları 10,9 milyon barrel, distillatlar isə 10,09 milyon barrel artıb. Nyu York əmtəə birjasında ticarət edilən neftin saxlandığı "Cushing" terminalında ehtiyatlar keçən həftə 706 min barrel artıb".
ABŞ-nin neft ehtiyatlarındakı azalmanın dünya bazarındakı neft qiymətlərinə təsiri barəsində "Sherg.az" a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, verilən statistik göstəricilər həftəlikdir və bu məlumatlar tez-tez dəyişir:
"Həftəlik dəyərləndirmələrdə hər zaman müəyyən dağlanmalar müşahidə olunur. Onların bazara müvəqqəti təsiri olsa da, fundamental məsələlər neftin qiymətinə daha çox təsir göstərir. İndi neft bazarındakı əsas məsələ logisttik xəttlərdə yaranan təhlükədir. Qırmızı dənizdə dəniz quldurlarının tankerlərə hücumu beynəlxalq geosiyasi gərginlik kimi səbəblər neft qiymətlərinə ciddi təsir edən amillərdəndir. ABŞ da açıqlanan statistika isə həftəlikdir, ola bilər gələn həftə neft ehtiyatlarında artım müşahidə olunsun".