Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır.
ARDNF-dən verilən məlumata görə, 2022-ci ildə bu rəqəm 1 443 mln. ABŞ dollarına bərabər olub.
Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.01.2024 tarixinə) 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.
Qeyd edək ki, 2022-ci ildə ARDNF kondensatın satışından 328,567 mln. ABŞ dolları əldə edib.