2024-cü il yanvar ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 613 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən il dekabrın 1-i ilə müqayisədə 9.4% və ya 997.1 milyon dollar çoxdur.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları son bir ildə 29% artıb.