2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 49 min 448 hektar sahədən 995 min 916 ton kartof yığılıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.4% və ya 56.3 min ton azdır.
2022-ci ilin yanvar-noyabr aylarında 54 min 775 hektar sahədən 1 milyon 225.7 min ton məhsul yığılıb.
Xatırladaq ki, 2023-cü ilin 11 ayında Azərbaycandan 31 milyon 53 min dollar dəyərində 71.1 min ton kartof ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə ən çox kartof Şəmkir (188 615.7 ton), Cəlilabad (171 500 ton) və Tovuz (160 046 ton) rayonlarından yığılıb.