ING: "Azərbaycanda uçot dərəcəsi bu il sabit qalacaq"

Niderlandın "ING Group" şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) bu il uçot dərəcəsini sabit saxlayacağını proqnozlaşdırır.
Bu barədə “Report” şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir.
Bildirilib ki, AMB 2024-cü ildə uçot dərəcəsini dəyişməyərək 8 % səviyyəsində saxlayacaq.
Hesabata əsasən, Mərkəzi Bank 2025-ci ilin birinci rübündə uçot dərəcəsini 7,75 %-ə, ilin sonunadək isə 7 %-ə endirəcək.
Qeyd edək ki, AMB-nin İdarə Heyəti ötən ilin dekabrın 20-də uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 8 %-ə endirilməsi barədə qərar qəbul edib.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9 %-ə endirilib.