2022-ci illə müqayisədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin ixrac potensialı 9.8 faiz artıb, 110-dan artıq ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Ən çox məhsulun ixrac olunduğu ölkələr Rusiya, Türkiyə və Gürcüstan olub. Ötən il Rusiyaya 1,114 mln ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.
“APA-Economics” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
Y.Abdullayev bildirib ki, 2023-cü ildə Türkiyəyə 784, Gürcüstana 332 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib.
"Cari ildən etibarən İraq bazarında da aktivlik artırılacaq" - deyə Y. Abdullayev əlavə edib.