Ölkədə strateji valyuta ehtiyatı 17% artaraq 66,5 mlrd. dollara çatıb. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında isə 29,1% artım müşahidə olunub.
Bunu bu gün keçirilən mətbuat konfransında AMB sədri Taleh Kazımov deyib.
O bildirib ki, tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2023-cü il üzrə 9-10 mlrd. manat, 2024-2025-ci illərdə 7,5 mlrd. manat proqnozlaşdırılıb.