Benzin bahalaşacaq? -Ekspertdən Açıqlama

Türkiyədə yanacağın qiyməti artıb.                                                                             
Qafqazinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.                                                                                                           
Üç gün ərzində benzinin qiymətində üçüncü artımın olacağı açıqlanıb. Belə ki, ötən gün 1,38 lirə artımla alınan dizel bu gündən etibarən 1, 40 lirəyə satılır. Qiymətin yeni artımlar da daxil olmaqla üç gün ərzində 4,78 lirə artacağı proqnozlaşdırılır.Qeyd olunur ki, ötən ildə olduğu kimi, yeni ildə də ilk gündən yanacaq məhsullarında qiymət artımı özünü göstərir. Yanvarın 30-da dizelin hər litrinə görə qiymət 1,38 TL artmışdısa, bir gün sonra dizel qiymətləri yenidən 1,40 TL artıb. Ekspertlər benzinin hər litrinə görə 2 TL bahalaşma olacağını ehtimal edirlər.                                                                                                                         Qeyd edək ki, hazırda Ankarada benzin 39,07 TL, dizel 42.38 TL, avtomobil üçün maye qaz 20.41 TL-yə satılır. İstanbulda benzin 38,38 TL, dizel 41TL, 62 TL, avtomobil üçün maye qaz qiyməti 20.37 TL-dir. İzmirdə isə benzin 39,29 TL, dizel 42.57 TL, avtomobil üçün maye qaz isə 20.19 TL-yə satılır.
Bəs, Azərbaycanda benzinin qiymətində artım olacağı gözlənilir?

Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev  “Sherg.az”a bildirib ki, qlobal bazarlarda neft məhsullarının qiymətləri beynalxalq bazardakı göstəriciyə bağlıdır:

"Türkiyədə yanacaqdoldurma alqı-satqısı mineraldır. Burada benzin, dizel, yol və inşaat tutumu, təyyarə yanacağının qiymətləri polad məhsulunun dəyəri ilə müəyyənləşdirilir. Həmçinin dünya bazarında neftin dəyəri və Türkiyə milli pul vahidinin dollara nisbətdə kursu əsas faktor kimi götürülür. Azərbaycanda isə Aİ-92 markalı avtomobilin illik yanacağı tarif şurası tərəfindən tənzimlənir. Aİ-95 və Aİ-98 markalı benzinin, yol tutumu və digər neft məhsullarının qiymətləri isə marketinq sorğusu əsasında təyin olunur".