Rusiyanın Baş naziri Mixail Mişustin 2024-cü il martın 1-dən benzin ixracına qadağa qoyub. Məlumata görə, qadağa altı aylıq dövrü əhatə edəcək. Müvəqqəti ixrac qadağası Aİİ ölkələri, Monqolustan, Özbəkistana tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək. Qadağa təklifi baş nazirin müavini Aleksandr Novakdan gəlib. Fevralın 21-də baş nazirə göndərdiyi məktubda o, yaz-tarla işləri, neft emalı zavodlarında planlı təmir işləri, eləcə də yay tətili ilə əlaqədar yaxın vaxtlarda daxili bazarda yanacağa tələbatın artacağını vurğulayıb. “Neft məhsullarına olan tələbatı tarazlamaq üçün daxili neft məhsulları bazarında qiymətlərin sabitləşməsinə kömək edəcək tədbirlər görmək lazımdır”, - Novak bildirib.
Məsələyə münasibət bildirən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev "Sherg.az"-a açıqlamasında bildirib ki, bununla ikinci dəfədir Rusiyada dizel və benzinin ixracına məhdudiyyətlər qoyulur:
"Daxili bazarda qiymət artımının qarşısını almaq üçün belə bir üsul tətbiq edilir. Rusiya höküməti keçən il buna 3 ay müddətində qadağa qoydu. Bu qərar indi də Rusiya daxilində Sank-Peterburq əmtəə birjasında qiymətin yüksəlişi və bir neçə zavodlarında əsaslı təmirin keçirilməsi ilə bağlıdır. Azərbaycan Aİ-95, Aİ-98 markalı avtomobil benzinini yaxın dövlətlərdən idxal edir. Vaxtı ilə Belerusiyadan, Ruminiyadakı Bolqarıstan neft emalı zavodlarından benzin idxal edilib. Lakin hazırda dəniz nəqliyyatından daşıma xərcləri kifayyət qədər artırılıb. Ümumiyyətlə, qlobal səviyyədə neft və neft məhsullarının daşınma xərclərində artım olduğuna görə, çətin indiki şəraitdə Ruminiya və Bolqarıstandakı neft emalı zavodlarından neft məhsulları idxal edə bilsin. Ölkəmizdə neft emalı zavodunda modernləşmə hələ də başa çatmayıb. Ona görə dizel və premium markalı yanacağ məhsullarını kənardan ixrac edilməsi həyata keçirilir. Bu isə Azərbaycan Dövlət Neft Şirkətinin aktivində olan Həydər Əliyev Adına Neft Emalı Zavodunda dəmir rekonstruksiyanın tam başa çatmaması ilə əlaqədardır. Ola bilər ki, texnoloji proseslərdəki qurğuların işə düşməsində müəyyən çetinliklər yaşanır. Bu problem tez bir zamanda aradan qaldırılmalıdır. Çünki qrafik üzrə keçən il yüksək oktan ədədli benzinin, 2022-ci ildə isə kükürddən yüksək dizel yanacağının istehsalı nəzərdə tutulub. Ancaq fəaliyyətdə gecikmələr müşahidə olunur".