Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək inflyasiyanın zaman və qətiyyət tələb etdiyini bildirib.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Şimşək sosial media hesabındakı paylaşımında bu ifadələrdən istifadə edib:
"Fevral ayında aylıq inflyasiya gözləntilərin üzərində oldu. Dezinflyasiya zaman və qətiyyət tələb edir. Qiymət sabitliyi əldə olunana qədər səbir və qətiyyətlə işləməyə davam edəcəyik. TCMB-nin əlavə sərtləşdirmə addımları artımın tarazlaşdırılmasına, cari hesab kəsirinin daralmasına və inflyasiya meyllərinin qırılmasına töhfə verəcək”.