Qrenlandiyanın gələcək Baş naziri: ABŞ-nin bəyanatları bizə hörmətsizlikdir
Yusif Nəzərli
19:58 04.04.2025
Dünya
334
Qrenlandiyanın gələcək Baş naziri Yens-Frederik Nilsen ABŞ administrasiyasının rəsmilərinin qrenlandiyalılara qarşı bəyanatlarını hörmətsizlik adlandırıb.
“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
"Biz insanlarıq, kiminsə alına bilən mülkü deyilik. Əməkdaşlıqdan həmişə danışmaq olar, lakin ilhaqdan danışmaq qəbuledilməzdir, bu, hörmətsizlik əlamətidir", - Nilsen deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio qrenlandiyalıların Danimarkadan müstəqillik istəməsi barədə fikirlərini bölüşüb. O, ABŞ-nin müdaxilə etməyə və onlara assosiasiya təklif etməyə hazır olduğunu qeyd edib.
"O, haqlıdır ki, Qrenlandiya Danimarka olmaq istəmir, lakin o, səhv edir ki, Qrenlandiya sabah müstəqil olmaq istəyir. Amma Qrenlandiya da Amerika olmaq istəmir", - Nielsen Rubionun sözlərini şərh edib.
ABŞ Prezidenti Donald Tramp bu il Konqresə müraciətində Qrenlandiyaya ərazi iddialarından əl çəkmək fikrində olmadığını bildirib. O qeyd edib ki, xalq belə bir istək ifadə edərsə, ABŞ adanı öz ərazisinə qəbul etməyə razı olacaq.
Martda keçirilən yerli seçkilərdə qalib gələn Qrenlandiyanın Demokratlar partiyasının lideri Nilsen yaxın günlərdə Danimarkanın bu muxtar ərazisinin yeni baş naziri kimi and içəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat