Rubio: Aİ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər hazırlamalıdır

"Avropa İttifaqı Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər hazırlamalıdır".

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “X” səhifəsində yazıb.

Onun sözlərinə görə, indi az danışıb daha çox hərəkət etmək vaxtıdır.

“Avropa Ukrayna xalqının təhlükəsizliyinə dair sazişlər üçün konkret təkliflər hazırlamalıdır”, - Rubio bildirib.