Gəncədə qidadan zəhərlənən 6 nəfər evə buraxılıb - YENİLƏNİB

Bu gün saat 03:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (5 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd edilib.

Bildirilib ki, dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi yardım göstərilib.

“Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda vurğulanıb.

***

06:26

Gəncədə qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Bir neçə nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

İlkin məlumata əsasən, zəhərlənən şəxslərin yedikləri tortdan zəhərləndikləri ehtimal olunur.