2024-cü ilin payızında Rusiyada süd və süd məhzulları 10% bahalaşa bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya İqtisad universitetinin dosenti Olqa Lebedinskaya məlumat verib.
Qiymət artımına səbəb olan faktorlar yerli istehsalçıların xərclərinin, məhsulun maya dəyərinin bahalaşması və alıcı tələbatının artmasıdır.
Yeni yüksəktexnologiyalı modern fermalar və istehsal müəssisələri açmaq üçün daha çox kapital və xərc lazımdır.
Təkcə 2023-cü ildə süd məhsullarının maya dəyəri 15% artıb.
Eləcə də mövsüm faktoru var, payız və qış aylarında tələbat artır.
Bir çox şirkətlər məhsulların istehsalında qənaət etməyə çalışır, bazara az sayda və ya keyfiyyətsiz məhsul çıxarır.
Daha çox xama, kəsmik və yağlı pendirin qiymətinin artacağı gözlənilir.