Bu il mart ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3,3% artaraq 469,2 milyon manata yüksəlib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 22.6% azalıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.1 faiz bəndi azalaraq 1.9% təşkil edib.