Aydının əhəmiyyətli kənd təsərrüfatı məhsulları olan və "sarı qızıl" olaraq bilinən zeytun yağı ixracı mart ayında 66 milyon dollar olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, əncir, zeytun yağı kimi əhəmiyyətli ixrac məhsullarına sahib olan Aydının ixracat rəqəmləri günü-gündən artmaqda davam edir.
Bu arada ixrac məhsullarından biri olan zeytun yağının mart ayı ixracat rəqəmləri də açıqlanıb.
Ege İxracatçılar Birliyi (EİB) və Ege Zeytunyağı İxracatçıları Birliyi (EZZİB) tərəfindən açıqlanan rəqəmlərə görə, mart ayında 66 milyon dollarlıq ixracat edilib.
2023-cü ildə tarixi bir ixracat əldə edən Ege Zeytunyağı İxracatçıları Birliyi (EZZİB), 2024-cü ildə toplu zeytun yağı ixracına qoyulan qadağaya baxmayaraq, ixracatda yüzdə 9 azalma ilə ixrac bazarlarını qoruyub saxlamağı bacarıb.