Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin bazarlarında və iqtisadiyyatlarında inflyasiyanın qlobal enerji və ərzaq qiymətlərindəki enişlə əlaqədar olaraq gözlənilən sürətin azaldığı, o cümlədən regionda orta illik inflyasiyanın 15 faiz gerilədiyi qeyd edilib.
AZƏRTAC Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair açıqladığı hesabata istinadla xəbər verir ki, qlobal iqtisadiyyatın zəifləməsi nəticəsində sərt pul-kredit siyasəti, Çində yavaşlama və aşağı əmtəə qiymətlərinin regionun inkişaf perspektivinə təsir göstərməsi səbəbindən bu il Avropa və Mərkəzi Asiya regionunun inkişaf etməkdə olan ölkələrinin iqtisadiyyatlarında səngimə olacaq.
Bu hesabatda Rusiya ilə müharibədən zərər çəkmiş Ukrayna iqtisadiyyatının yenidən inkişaf yoluna düşəcəyi bildirilib, Mərkəzi Asiyada güclü dirçəliş nəticəsində ötən il Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarının 3,3 faiz artdığı vurğulanıb. Bu səbəbdən region iqtisadiyyatının artım tempinin bu il 2,8 faiz böyüməsi gözlənilir. Gələn il isə Avropa və Mərkəzi Asiya iqtisadiyyatının 2,7 faiz artacağı ehtimal edilir.
Hesabata görə, Türkiyədə inflyasiya tədricən azalacaq. Belə ki, ölkə iqtisadiyyatının bu il 3 faiz, gələn il isə 3,6 faiz böyüməsi gözlənilir.
Dünya Bankı yanvar ayı proqnozlarında Türkiyə iqtisadiyyatının bu il 3,1 faiz, gələn il isə 3,9 faiz artacağını bildirib.
Bundan başqa, hesabatda makroiqtisadi konsolidasiya səylərinin daxili tələbi məhdudlaşdıracağı gözlənilir.
Bankın hesabatına görə, inflyasiyanın may ayında pik həddinə çatdıqdan sonra sərt pul siyasəti səbəbindən tədricən azalacağı gözlənilsə də, xalis ixracın artan töhfəsi ilə 2024-cü ildən etibarən cari əməliyyatlar balansının yaxşılaşması gözlənilir.