Fuad İbrahimov: “İcra edilmiş və icrası davam edən layihələr Azərbaycanı cəlbedici investisiya ölkəsi kimi tanıdır”
Qarabağı işğaldan azad etməklə nəinki region ölkələrinə, dünyaya gücünü, qüdrətini sübut edən Azərbaycan iqtisadi potensialını daha da artırmış oldu. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hazırda ölkə iqtisadiyyatının inkişafı üçün nəhəng imkanlar açır. Bunu xarici investorlar da görür və Azərbaycana maraqları getdikcə artır, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafında iştirak üçün müraciət edirlər. Qeyd olunan bölgənin böyük iqtisadi potensialı ilə yanaşı, investorları cəlb edən həm də nəqliyyat və logistika imkanlarının da əlverişli olmasıdır. Qarabağın işğaldan azad edildikdən dərhal sonra yol infrastrukturunun bərpası, yeni yolların, qovşaqların salınması, aeroportların tikintisi yaxın gələcəyə hesablanmış layihələr olaraq bu gün öz bəhrəsini verməkdədir. 2020-ci ilin dekabr ayından etibarən işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarların, tklif olunan investisiya layihələrinin sayı artmaqdadır. Statistikaya görə işğaldan sonrakı ilk dövrdə 28 xarici ölkədən xarici şirkətlər tərəfindən 226 layihə təqdim edilmişdi. Bunlar arasında Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edirdi. Ötən 3 il ərzində investisiya layihələrin sayı daha da artıb. Xüsusən, Qarabağda icrasına başlanan “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri, həmçinin, bərpa olunan enerji layihələri üzrə xarici investorlarla bağlanan müqavilələr çoxluq təşkil edir. Hazırda bütün dünyanın gözü Azərbaycana və Qarabağa dikilib. Bərpa olunan enerji layihələri üzrə dünyanın müxtəlif ölkələri – Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya, Çin, Çexiya, Rumıniya, Macarıstan, Gürcüstan... daha neçə-neçə ölkələr Azərbaycanla əməkdaşlıq edir. Bütün bunlar Cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü, Azərbaycanın inkişafına, Qarabağımızın dirçəlməsinə hesablanan siyasətin nəticəsidir. Və təsadüfi deyil ki Beynəlxalq Valyuta Fondunun bu günlərdə açıqlanan məlumatında Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edib.
“Sherg.az”a danışan iqtisadçı Fuad İbrahimov İMF tərəfindən Azərbaycanın investisiya cazibədarlığının yüksək qiymətlənidirlməsinin təsadüfi olmadığını bildirdi:
- Azərbaycan ötən illər ərzində müəyyən bir yol keçib. Biz ən böyük sərvətmiz olan karbohidrogen ehtiyatlarımızı müstəqlliyimizin ilk illərində iqtisadi dövriyyəyə cəlb edə bildik. Bu, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti idi və sonrakı illərdə də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf xətti Azərbaycanı investisiya tələb olunan ölkədən investor dövlətə çevird. Bunu deyim ki, istər inkişf etmiş, istərsə də inkişafa doğru ola ölkə, fərq etmir, hər birinin investisiyaya ehtiyacı var. Bir ölkə iqtisadiyyatına investisiya qoyulursa, bu, həmin ölkənin cəlbediciliyini artırır. Tarixə baxsaq indiyədək Azərbaycana 300 milyarddan çox investisiya qoyulub. Burada yerli investorlar da var, birbaşa xarici investisiyalar da. Əlbəttə ki investorların marağı və ölkəyə gəlməsində qanunvericilik bazasının təkmilləşməsi, maliyyə dayanıqlığı, bundan sonra həyata keçirilən regional, beynəlxaql, qitələrarası səviyyədə xüsusi reytinqi layihələr, Cənub Qaz Kəməri, Bakı-Tbilisi-Ərzurumdan başlayaraq TANAP, TAP-a inteqrasiya, Bakı-Tbilisi üzərindən çəkilən və Avropaya qədər uzanan, istər tarixi İpək yolu, istərsə də Çinin elan etdiyi “Bir kəmər-bir xətt- bir yol” layihəsinin əsasına çevrilməsi, bütün bu layihələri Azərbaycan məharətlə həyata keçirib. Nəinki həyata keçirib, icra mexanizmi olan infrastukturları bölgəyə, regiona, qətiərarası dövlətlərin istifadə imkanlarına təqdim edib. Azərbaycanın 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi, Qarabağ və Şərqi Zəngəzur kimi nəhəng iqtisadi zonaların yaradılması, bununla yanaşı dünyanın ən vacib hesab olunan problemi - ətraf mühitin qorunması istiqamətində, alternativ enerji, “yaşıl enerji”yə keçid imkanları və bu imkanları ixrac etmək potensialının dəyərləndirilmsi kimi amilləri nəzərə alsaq, Azərbaycanın mövcud valyuta ehtiyatlarını, maliyyə dayanıqlığını qiymətləndirsək, xarici investorların ölkəmizə marağının əsasında nələrin dayandığını görəcəyik. Azərbaycan indiyərək üzərinə götürdüyü öhdəlikləri, layihələri icra edib, beynəlxalq kreditlərlə bağlı da vaxtlı-vaxtında geri qaytarma prosesi icra olunub. Ölkəmizin xarici borcları çox aşağıdır, hətta diversifikasiya olunmuş səviyyədən də aşağı göstəricilərdir. Bütün bunlar Azərbaycanı bu gün investisiya cazəbədarlığı nöqteyi-nəzərindən ən əlverişli ölkəyə çevirir. BVF da bunu elan edib. Mən çalışdım, statistikaya varmadan, rəqəmləri göstərmədən fikirlərimi ifadə edim ki, xarici investorlar nələri görürlər. Həyata keçirilmiş və icrası davam etdirilən işlər nəticə etibarilə Azərbaycanı investisiya cazibədarlğı olan ölkə kimi tanıdır.