İranın İsrailə hücumu: Tehran birjasında eniş yaşanıb

İranın İsrailə hücumları səbəbindən Tehran birjasında ucuzlaşma olub.

Sherg.az xəbət verir ki, İran mətbuatının yazdığına görə, hücumdan sonra Tehran birjasında kəskin eniş baş verib və növbəti itkilərin qarşısını almaq üçün ehtiyat tədbiri olaraq kəsici mexanizm işə salınıb.

Birjalarda bazarların açılması ilə başlayan eniş müəyyən müddətdən sonra cədvəlin qırmızıya çevrilməsinə səbəb olub və birjada yüzdə 2,3 civarında itki yaşanıb.

Digər tərəfdən, qızıl birjası da azalıb və 3 faiz dəyər itkisi yaşanıb.

Aprelin 1-də İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluq binasına hücumundan sonra bahalaşmağa başlayan dollar ötən həftə 58 min tümən civarındaykən, şənbə günü 66 min tümənə yüksəlib.

Gecə saatlarında baş verən hücumdan sonra bir ABŞ dolları 67 min bölməyə çatdı. Gün ərzində dolların dəyəri yenidən 66 min İran tüməninə düşüb.

İranın İsrailə hücumunun ilk günü olduğundan hələlik heç bir iqtisadi reaksiya müşahidə olunmayıb. Hücumun bazarlara təsirinin bir həftə ərzində görünəcəyi gözlənilir.