Bakıda onuncu "Azərbaycan Beynəlxalq Sığorta Forumu" keçirilir.
“APA-Economics” xəbər verir ki, hər il keçirilən forumda yerli və beynəlxalq sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri iştirak edir.
Qeyd edək ki, iyunun 20-21 tarixlərində keçirilən forum Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılacaq.