Dünya bazarlarında neft ucuzlaşır

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 0,34% azalaraq 1 barelə görə 84,56 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,4% azalaraq 1 barelə görə 80,52 ABŞ dolları təşkil edib.