
268 min nəfər öz istəyi işdən çıxa bilməz! – Taleyin ümidinə baxılan talesizlər!
Yusif Nəzərli
13:38 14.12.2021
İqtisadiyyat
845
Nazim Bəydəmirli:“Belə olan halda təbii ki, insanlar hökümətin statistikasına etibar etmir”
Azərbaycanda pandemiya vaxtı öz ərizəsi ilə işdən çıxanların sayı açıqlanıb.
“Sherg.az” bildirir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məlumat verib.
O bildirib ki, Azərbaycanda pandemiyanın tüğyan etdiyi bir vaxtda 267 900 nəfər öz ərizəsi ilə işdən çıxıb: “O insanların işdən çıxmağının obyektiv səbəbi aydındır. Bu qədər insan öz ərizəsi ilə işdən çıxa bilməz”.
İşsizlik faizinin getdikcə yüksəldiyi bir vaxtda bu qədər insanın öz istəyi ilə işdən çıxması və onların sonrakı taleyi suallar doğurur.

Vəziyyəti şərh edən iqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az” a söyləyib ki, hökümətin statisikasına görə işsizlik 1,4 faiz artıb:
“Hazırda Azərbaycanda işsizlik faizi 6,4 faiz göstərilir. Əvvəlki illərdə bu faiz göstəricisi daha aşağı idi”.
N.Bəydəmirli qanunvericilikdə bu məsələnin yeri haqqında danışıb:
“İşsiz vətəndaşın iş tapmaq problemi olarsa, Dövlət Məşğulluq Agentliyinə müraciət etməlidir. Daha sonra həmin şəxs qeydiyyata alınmalıdır. Buna görə vətəndaşa müvafiq olaraq iş təklif olunmalı və ona uyğun müavinət ayrılmalıdır. Təəssüf olsun ki, bu normal hallar Azərbaycanda hələki tətbiq olunmur”.
İqtisadçı-alim hesab edir ki, ölkədə işsiz olan şəxslərin məşğulluq idarələrində işsiz müavinəti alması çox müşkül məsələdir:
“Hamıya məlumdur ki, inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi 12-13 faiz olduqda hökümətlər bunu müsbət fəaliyyət kimi qəbul edirlər. Amma bizim ölkədə belə deyil. Hətta elə regionlar var ki, orada bir nəfər də olsun işsiz kimi qeydiyyatda deyil. Belə olan halda təbii ki, insanlar hökümətin statistikasına etibar etmir”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat