2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 335 ədəd avtomobil idxal olunub.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 12.5% və ya 6038 ədəd azalıb, dəyəri isə 3.5% və ya 26 milyon dollar artıb. 2023-cü ilin müvafiq dövründə Azərbaycana 753 milyon 304 min dollar dəyərində 48 373 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 381 ədəd avtomobil artaraq 1505 ədəd təşkil edib.