Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,9% artaraq 265,7 milyon manat olub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu göstəricinin 60,7%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1%-i ictimai iaşə xidmətlərindən, 3,3%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9%- isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Altı ayda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 21,1% səviyyəsində olub. ötən ilin yanvar-iyun aylarında 16,6%). Bu göstərici Şabranda 49,1%, Naftalanda 39,1%, Bakıda 37,3%, Qusarda 28%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub