İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir.
Bu sözləri Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib.
İqtisadi artımın 4,3 faiz təşkil etdiyini söyləyən dövlət başçısı bildirib: “Dünyada gedən bugünkü prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, iqtisadi artımın xüsusi göstəricilərinə baxdıqda artım haqqında fikir söyləmək olur:
“Cənab Prezident İlham Əliyev bu rəqəmlərə əsaslanaraq fikrini söyləyib. Keçən il ilə nisbətdə büdcə gəlirləri artdıqca, xərcləri də artır. Xərc və gəlirin artması iqtisadiyyatın böyüməsinə işarədir. Keçən ilə nisbətən orta əmək haqqında, ÜDM də, qeyri neft sektorunda da artım var. Eyni zamanda neft amilindən asılılığımızın yüksək olduğunu, hasilatın azalmasını nəzərə alaraq təkmilləşmişlərin aparılması ilə bağlı göstərişin özü də iqtisadi artım göstəricisidir. Minimum aylıq əmək haqqı və təqaüdlərin artımı ilə bağlı proseslər davam edəcək. Valyutamızın sabitliyi, idxal-ixrac əməliyyatları arasında olan müsbət saldo həm iqtisadi artımın, həm də dayanıqlılığın olduğunu göstərir”.