Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Dünya Bankı (DB) 2024-cü ildə Azərbaycanda iqtisadi artım üzrə proqnozunu yaxşılaşdırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatında bildirilib.
Bank iyun proqnozu ilə müqayisədə Azərbaycanda real ÜDM-in artım proqnozunu 0,9 faiz bəndi artıraraq 3,2 % müəyyən edib. Dünya Bankı 2025-ci il üçün iqtisadi artım proqnozunu 0,3% artıraraq 2,7%-ə çatdırıb, 2026-cı il üzrə isə proqnozunu dəyişməyərək yenidən 2,4% müəyyənləşdirib.