
Xaosa son: Taksi sürücülərinin imtahan edilməsi qanunvericiliyin tələbidir
05:58 25.10.2024
Sosial
515
İmtahandan keçməyən sürücülər taksi fəaliyyəti göstərə bilməyəcəklər
2024-cü il oktyabr ayının 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçiriləcək.
DİM-dən verilən məlumata görə, həmin gün beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə də imtahanlar təşkil olunacaq. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1398 nəfər qeydiyyatdan keçib.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan 1 saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.
Qeyd edək ki, hər nə qədər taksi xidməti sahəsində tənzimləmələr aparılıb, sərt qaydalar tətbiq edilsə də, taksi-sərnişin problemi davam edir. Dəyişən tək şey qiymətlərin bir neçə dəfə bahalaşmasıdır.
Hələ də yollarda avtomobili sürətlə idarə edən, etik kodeksdən kənar davranan, sükan arxasında telefonla danışan, yazışan sürücülərə rast gəlinir. Maraqlıdır, bütün bu problemləri DİM-in keçirdiyi imtahan həll edə biləcək?
Nəqliyyat eksperti Ərşad Hüseynovun “Sherg.az"a açıqlamasına görə, bu imtahanları taksi sürücülərinin sertifikatlaşdırması kimi dəyərləndirmək lazımdır. Ekspertin fikrincə, bu imtahan sürücüdə məsuliyyət hissini artırır, onun peşəkar və ya qeyri-peşəkar olmasını üzə çıxarır:

“Bu imtahanlar mütəmadi keçirilir. Yəni vaxtaşırı olaraq bir dəfə imtahandan keçə bilməyən sürücünün şansı var ki, növbəti dəfələrdə gedib yenidən imtahan versin. Üstəlik bu, imtahanlar sürücülük vəsiqəsi imtahanı kimi çətin deyil, imtahana düşən suallar da asandır. Peşəkar sürücü üçün bu imtahanı vermək asandır. Sadəcə, burada müəyyən etik və davranış qaydaları ilə bağlı müəyyən məsələlər var. 5-ci sinif şagirdi səviyyəsində dünyagörüşü olan hər kəs asanlıqla məniməsəyə bilər. Yəni xüsusi ajiotajlıq bir şey yoxdur. Əksinə, taksi fəaliyyətinə yararsız insanların kütləvi şəkildə taksi sürücüsü kimi fəaliyyət göstərməsi həm sahənin nüfuzunu aşağı salır, həm də qəzaların çoxluğuna, xidmət zamanı vətəndaşlara qarşı müəyyən neqativ halların yaşanmasına gətirib çıxarır. Bu baxımdan sürücülərin imtahan olunması vacibdir”.
Ə.Hüseynov deyib ki, taksi sürücülərinin imtahan edilməsi qanunvericiliyin tələbidir: “İmtahandan keçməyən sürücülər taksi fəaliyyəti göstərə bilməyəcəklər. Bu sənədi alan sürücülər isə 7 il müddətində taksi xidməti ilə məşğul olacaqlar. Düzdür, taksi sürücüləri bu qədər tələbkarlıqla razı olmaya bilərlər. Amma taksi sahəsində bir xaos hökm sürür. Bu xaosu aradan qaldırmaq üçün də bu proseslər həyata keçirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət