Azərbaycanda bu il qaz kondensatının istehsalı 6%-dək artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 950,44 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 5,53% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 3 944,85 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6% artım deməkdir.

Ətraflı
Xatırladaq ki, 2023-ci ildə Azərbaycanda 5 215,84 min ton qaz kondensatı hasil edilib, bu da illik müqayisədə 3,92% çoxdur. Ötən il Azərbaycanda istehsal edilən qaz kondensatının 5 190,25 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 4,06% artım deməkdir.