Yaxın Şərqdəki vəziyyət fonunda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 4,44% azalaraq 1 barelə görə 72,27 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 4,63% azalaraq 1 barelə görə 68,46 ABŞ dolları olub.