
TDT-nın Bişkek sammitinin gündəliyi genişdir -ŞƏRH
Yusif Nəzərli
10:42 03.11.2024
Siyasət
475
Bu təşkilat müstəvisində əməkdaşlıq Türk dünyasının inteqrasiyası üçün daha etibarlı zəmindir
Noyabr ayı Türk dünyası üçün iki qlobal tədbirin keçirilməsi ilə əlamətdar olacaq. Belə ki, ayın 6-da Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü keçiriləcək. Noyabrın 11-də isə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un açılışı olacaq. Hər iki tədbir Türk dünyası üçün strateji əhəmiyyətə malikdir. TDT-nın Dövlət Başçılarının 11-ci Zirvə Görüşünün COP29 ərəfəsində keçirilməsi qardaş ölkələrin Azərbaycana dəstəyi baxımından da olduqca önəmlidir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, göründüyü kimi Zirvə görüşünün mövzusu olduqca aktualdır. Analitik vurğulayıb ki, gündəliyə həmçinin üzv dövlətlər və müşahidəçi ölkələr arasında müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığa diqqət yetirilməklə, regionda və dünyada baş verən geosiyasi və geoiqtisadi proseslərin müzakirə edilməsi də daxil ediləcək:

"Bir sözlə, TDT-nın Bişkek sammitinin gündəliyi kifayət qədər genişdir. Türk Dövlətləri Təşkilatı (TDT) Türk dünyasının ən fəal birləşdirici platforması hesab olunur. Azərbaycan da bu təşkilatın fəaliyyətində yaxından iştirak edir. Prezident İlham Əliyev TDT-nın dünyada nüfuzlu güc mərkəzinə çevrilməsi istiqamətində fəal siyasət yürüdür. Bütövlükdə Türk dünyası böyük coğrafi məkanı əhatə edir və Türk dünyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün geniş potensial var. TDT-nın Zirvə görüşləri sözügedən potensialdan Türk dünyasının gələcək inkişafı üçün səmərəli istifadəsinə töhfə verir".
Ekspert qeyd edib ki, türk dövlətləri bir-biriləri ilə bir sıra digər beynəlxalq platformalarda da yaxından əməkdaşlıq edirlər:
"Lakin TDT müstəvisində əməkdaşlıq Türk dünyasının inteqrasiyası üçün daha etibarlı zəmindir. Bu mənada, TDT-nın Bişkək Zirvəsində qəbul edilən qərarlar təşkilatın beynəlxalq nüfuzunu daha da artıracaq. Ümumiyyətlə, TDT liderlərinin Zirvə görüşləri Türk dünyasının iqtisadi-siyasi bağlantısının və mənəvi həmrəyliyinin güclənməsinə təkan verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya