Bu, Yer kürəsinə töhfəmiz olacaq
COP29-un üçüncü iş günü ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı Pərviz Heydərov qeyd etdi ki, dünya miqyaslı tədbirin gedişatı əsasən onu göstərir ki, Azərbaycanın ev sahibi kimi bütün təşkilati məsələləri yüksək səviyyədə həyata keçirib. Bunu gələn qonaqlar da etiraf edirlər:
- Azərbaycan dövləti bu tədbirin keçirilməsinə hazır olduğunu və belə tədbirlərin keçirilməsində böyük təcrübəyə sahib olduğunu nümayiş etdirir. Tədbirin sonadək uğurla davam edəcəyi heç bir şübhə doğurmur. Qonaqlar hələ də gəlməkdədir. Bu da COP29 çərçivəsndə qarşıya qoyulan məqsədlərə daha çox yaxınlaşacağı və nail olunacağına böyük ümid yaradır. Yəni bir var, bütün ölkələr yğışsın bir yerə danışsınlar, dağlışsınlar, bir də var, müzakirələrin gedişində konkret, əməli nəticələr əldə edilsin, əməli işlərə keçilməsi üçün müvafiq qərarların alınmasıyla bağlı konkret razılığa gəlinsin. Bu mənada Azərbaycanın ev sahibliyi etdiyi tədbirin əvvəlkiəlrdən fərqli olaraq daha böyük əhəmiyyət kəsb edəcəyi gözlənilir.
P.Heydərov bildirdi ki, COP29-da hansı istiqamətdə qərarların qəbul olunmasına gəlincə, planetimizin iqlim şəraitinin qorunması böyüklü-kiçikli bütün ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Texnoloji inkişaf, sənayeləşmə iqlm şəraitinin, ekologiyanın əleyhinə işləməməkdədir. Bunun qarşısı alınmazsa sənayeləşmənin insanlıq üçün, bəşəriyyət üçün heç bir praktik əhəmiyyəti və nəticəsi olmaz. Bu məsələdə bütün ölkələr öz məsuliyyətlərini anlamalı və hər bir dövlət sözügedən məsələnin həllinə öz töhfəsini təqdim etməlidir:
- Bu baxımdan Azərbaycanın da üzərinə məsuliyyət düşür. Nəzərə almalıyıq ki, Azərbaycan neft-qaz resurslarına malik ölkələr sırasındadır. O qədər də böyük əraziyə malik ölkə olmasaq da enerji resursları olan ölkə kimi tannırıq və neçə ildir biz Avropaya, dünya bazarına xam neft ixrac edirik. O cümlədən də 4 ildir Avropaya qaz ixrac etməyə başlamışıq. 10-a yaxın ölkə bizdən qaz almaqdadır. Getdikcə də bu ölkələrin sayı artacaq. Azərbaycanın müəllifi olduğu və özünün iştirakı ilə reallaşmış nəhənc neft-qaz layihələri vardır. Bu da Azərbaycanın qarşısında yeni bur məsuliyyət yaradır ki, biz ekologiyanın qayğısına qalaq, dünya iqlim şəraitinin yaxşılaşması üçün öz töhfəmizi verək, müvafiq əməli nəticələr ortaya qoyaq. COP29-un Azərbaycanda keçirilməsi həm də ona görə əhəmiyyətlidir ki, biz bu tədbirə ev sahibliyi etməklə həm də bu məsələdə maraqlı olduğumuzu, öz gücümüz daxilində addımlar atmağa hazır olduğumuzu göstəririk. Məsulyyətimizi dərk edirik ölkə olaraq və öz təhfəmizi verməyə hazırıq. Bunun bir nümunəsi də ondan ibarətdir ki, alternativ enerji mənbələrindən istifadə sahəsində çox inamlı, qətiyyətli addımlar atılmaqdadır. Bu sahədə biz sürətlə irəliləməkdəyik. Özümüzün bu sahədə müvafiq inkiaşf konsepsiyamız, hədəfimiz və mqəsədimiz vardır. Qarşıya qoyulan mıqsəd və hədəflərdən biri odur ki, necə ki Azərbaycan bu gün neft-qaz ixracatçısı kimi tanınır, tezliklə biz həm də dünyaya “yaşıl enerji” mənbələrindən əldə etdiyimiz enerjinin ixracatçısı kimi tanınaq. Çünki Azərbaycanın təbii şəraiti buna imkan verir, əsas yaradır. Bunun üçün bizim hər cür imkanımız var ki, gələcəkdə biz kənara “yaşıl enerji” də ixrac edək. Bu istiqamətdə bir neçə meqa-layihələr, investisiya qoyuluşları həyata keçirilib və keçirilməkdədir. Qarşıdakı zaman ərzində bu sahədə daha geniş addımlar atılacaq . Bu da dünyada ekologiyanın qorunmasına bizim töhfəmiz olacaq. Bundan başqa biz həm də xırda dövlətlərə üzləşdikıri təbii fəlakətlərdən qorunmaqda maliyyə dəstəyi göstərmişik. Cnab Prezident bugünki çıxışında dedi ki, biz köməyimizi bundan sonra da dayandırmayacağıq, təbii fəlakətlərdən zərər çəkəcəkləri təqdirdə bu dövlətlərə köməyimizi əsirgəməyəcəyik. Azərbaycan əməli addımlar atmağa hazır olduğunu hər zaman nümayiş etdirib, bundan sonra da bir çox ölkələrə məsələn, ərzaq təhlükəsizliyinin təmin olunması, ekologiyanın, ətraf mühitin qorunmasına maliyyə dəstəyi göstərməyə hazır olduğunu bəyan edir. Bütün bunlar Azərbaycanın nüfuzunun göstəricisi hesab olunmalıdır. Və bu bizim dünyada öncül ölkələrdən biri kimi qəbul olunmağımıza şərait yaradır.