"Azərbaycanda sosial təminat sistemi dayanıqlıdır"
Millət Vüqar Bayramov Milli Məclisin plenar iclasında Azərbaycanın əsas sosial göstəricilərdə guya region ölkələrindən geri qaldığını qərəzli şəkildə iddia edən marjinal siyasi qruplara cavab verib.
"Sherg.az"ın xəbərinə görə, deputat bildirib ki, dövlət büdcəsində nəzərdə tutulan sosial xərclərin gələn il proqnozlaşdırılan ÜDM-də payı 14.0 faiz olacaq:
"Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı, İrlandiyada 13.4 faiz, Koreyada 12.6 faiz, Çilidə 12.2 faiz, Türkiyədə12 faiz, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. İcmal büdcə üzrə sosial xərclərin məbləğini də nəzərə alsaq, Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır. Adambaşına düşən büdcə xərci gələn il cari məzənnə ilə 2420 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər region ölkələrini geridə qoyacaq".