Fərid Axundov PAŞA Bank-ın Müşahidə Şurasından ayrılacaq

Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən "PAŞA Bank"ın Müşahidə Şurasından ayrılacağını açıqlayıb.

“APA-Economics” xəbər verir ki, bu barədə, o, sosial şəbəkə hesabında paylaşım edib.

“PASHA Bank-ın Azərbaycanda aparıcı maliyyə qurumuna çevrilməsinə şahidlik etməkdən həm peşəkar bankir, həm də bu möhtəşəm ölkənin vətəndaşı kimi qürur duyuram. Fəaliyyətimi Bakı Fond Birjasının Müşahidə Şurasının sədri olaraq davam etdirəcəm” - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.