Azərbaycanda çay istehsalı azaldı

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 602 ton çay istehsal edilib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azdır.

Mayın 1-ə olan hazır məhsul ehtiyatı isə 48,5 ton təşkil edib.

Xatırladaq ki, cari ilin birinci rübündə 2 485,8 ton çay istehsal edilib.