Möcüzəvi meyvə: Gəncliyin sirri içində gizlənir
04:30 13.06.2025
Sağlamlıq
279
“Xırdaca limon” kimi tanıdığımız kinkan – kumquat meyvəsinin vətəni Cənub-Şərqi Asiyadır. Görünüşünə görə limona, dadına görə gah portağal, gah da naringiyə bənzədilən bu meyvə onlardan fərqli olaraq qabığı ilə birlikdə yeyilir. Kumquat sitrus japonica və ya Fortunella japonica adlı bitkinin, yəni kumquat ağacının meyvəsidir. Bu kiçik, oval və ya dairəvi formalı, narıncı rəngli meyvə digər sitrus meyvələrindən fərqli olaraq qabığı ilə birlikdə istehlak edilir. Kumquat aşağı kalorili və zəngin qida tərkibinə görə sağlam qəlyanaltı kimi də seçilir. Kumquat vitamin və minerallarla zəngin bir meyvədir. Xüsusilə C vitamini, lif, kalium və antioksidanlar baxımından yüksək qida dəyərinə malikdir. Bu xüsusiyyətləri sayəsində immunitet sistemini dəstəkləyən və həzm sağlamlığını yaxşılaşdıran təsirlərə malikdir. Kumquatın tərkibində olan müxtəlif təsirli antioksidantlar hüceyrələri sərbəst radikalların yaratdığı zədələrdən qoruyur, qocalma əlamətlərini gecikdirir və müntəzəm istehlakla daha gənc görünüş təmin edir. Kumquat, tərkibindəki zəngin kalium və antioksidantlarla ürək sağlamlığının qorunmasında da mühüm rol oynayır. Kalium bədəndəki maye balansını tənzimləyərək qan təzyiqini normal səviyyədə saxlamağa kömək edir. Bu yolla hipertoniya riskini azaldır və ürəyə olan təzyiqi aradan qaldırır. Kumquat müntəzəm istehlak edildikdə yüksək C vitamini tərkibi ilə də immunitet sistemini gücləndirici təsirə malikdir. Bildiyimiz kimi, C vitamini orqanizmin infeksiyalara qarşı daha davamlı olmasına kömək edir və soyuqdəymə kimi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Bundan əlavə, kumkuatın liflə zəngin quruluşu həzm sistemini tənzimləyir və bağırsaqların sağlam işləməsinə kömək edir. Bu sayədə qəbizlik və həzmsizlik kimi həzm problemlərinin də qarşısı alınır. Kumquat tərkibindəki yüksək A vitamini ilə göz sağlamlığını dəstəkləyir. A vitamininin müntəzəm qəbulu, yəni kumquat istehlakı katarakta riskini azaldır və görmə itkisinin qarşısını alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya