
Sentyabrda sülh sazişi gözlənilir -ŞOK PROQNOZ
Yusif Nəzərli
11:45 19.07.2025
Siyasət
385
BMT-də Trampın iştirakı və bütün dünyanın gözü qarşısında Azərbaycan-Ermənistan sənədləri imzalana bilər
"Türkiyə kimi bir ölkə ilə barışıq yolunu tutmasaq, o zaman hansı yolu tutmalıyıq?". Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında deyib. O, hakimiyyətin Türkiyə ilə münasibətləri normallaşdırmaq səylərindən qəzəblənən insanların nəyə arxayın olduğunu soruşub: "Demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Nədən danışdığımızı başa düşürük? Hazırkı “hibrid hücum” təhlükəsi belədir ki, tezislər ictimai müzakirəyə çıxarılır, onun ətrafında elə bir səs-küy yaranır ki, insanlara bu tezislərin mahiyyətini anlamağa imkan verilmir". Paşinyan qeyd edib ki, Ermənistan sülhün bərqərar olmasına çalışır və bu gün uzunmüddətli sülhün bərqərar olması üçün bütün səylər göstərilir: "Türkiyə ilə münasibətləri normallaşdırmaq ölkə üçün yeganə yoldur".
Siyasi şərhçi Natiq Cəfərli Sherg.az-a bildirib ki, bu gün Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında sazişlərin, sənədlərin imzalanması, rəsmi əlaqələrə, normallaşma prosesinə start verilməsi həmişəkindən daha çox vacibdir. Ekspert vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenleyini bərpa etməklə Kremlin bölgəyə ən böyük təsir alətini sındırıb atdı:

"İndi rəsmi Bakı, həm də rəsmi İrəvan Moskva ilə münasibətlərdə daha rahat və müstəqil davrana bilirlər. Bu rahatlığı, müstəqilliyi, bu vəziyyəti fiksə etmək üçün sülh danışıqları bu il yekunlaşmalı, sənədlər imzalanmalıdır. Düşünürəm ki, bunun üçün sentyabr ayı çox uyğun görünür. Bu il sentyabrın 9-da Nyu-York şəhərində BMT-nin Baş Assamblyeyasının açılışı olacaq. 23 sentyabrda isə dünya liderlərinin, ölkələrin rəsmi şəxslərinin iştirakı ilə ənənəvi tədbirin açılışı baş tutacaq. Prezident İlham Əliyev və Baş nazir Paşinyan, çox güman ki, o tədbirə gedəcəklər. Faktiki olaraq ABŞ ərazisi, amma beynəlxalq hüquqa görə neytral sayılan BMT-nin Nyu-Yorkdakı binasında, Trampın iştirakı və bütün dünyanın gözü qarşısında sənədlər imzalana bilər. Bu addım, həm bütün gözləntilərə cavab verər, həm də dünyamiqyaslı pozitiv hadisəyə çevrilə bilər. Trampın iştirakı diqqəti artırmaqla yanaşı, ABŞ administrasiyasının, “daha bir sülhə nail olduq”, kimi PR-na da şərait yaradar. Qoy PR etsinlər, xoşlayırlarsa, bu da bizə uyğundursa, Tramp bu addımı da öz ayağına yaza bilər. Azərbaycan-Ermənistan sənədləri imzalanan kimi Türkiyə də Ermənistan ilə sərhədlərini açacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya